Azərbaycan yığmasının Türkiyə və Danimarka ilə oyunlarının təqivmi bəlli oldu

13:59 - 21 İyul 2022

Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının təsnifat mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Sportal.az xəbər verir ki, A qrupunda yer alan yığmamız Türkiyə və Danimarka ilə qarşılaşacaq.

AÇ-2023-ün seçmə mərhələsi

A qrupu

3 avqust

18:00. Azərbaycan - Danimarka
Bakı. Voleybol Mərkəzi

6 avqust

18:00. Azərbaycan - Türkiyə
Bakı. Voleybol Mərkəzi

17 avqust

17:30. Türkiyə - Azərbaycan
İstanbul

20 avqust

19:00. Danimarka – Azərbaycan
​Middelfart

Xəbər xətti