Teymur Rəcəbov milliyə kömək etməyəcək

15:06 - 21 İyul 2022

Dünya Şahmat Olimpiadasında Azərbaycan millisinə Teymur Rəcəbov kömək etməyəcək. 

Sportal.az xəbər verir ki, Rəcəbov özü Olimpiadada oynamaqdan imtina edib.

Onu ikinci lövhədə Nicat Abbasov əvəz edəcək. Şəhriyar Məmmədyarov 1-ci, Qədir Hüseynov 3-cü, Rauf Məmmədov 4-cü, Vasif Durarbəyli 5-ci lövhədə yer alacaq.

Xəbər xətti