"Beşiktaş"dan ayrılan Güven Yalçın karyerasını İtaliyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, 23 yaşlı forvard "Cenoa"ya transfer olunub. Bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Azad agent statusunda olan hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Güven Yalçın 2018-ci ilin yayından "Beşiktaş"da çıxış edirdi. Türkiyə millisinin üzvü son mövsümdə "qara qartallar"ın heyətində meydana çıxdığı 33 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
