Ukraynanın "Şaxtyor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Donetsk təmsilçisi Zaqreb "Dinamo"sundan Neven Dyuraşeki transfer edib. Bu barədə klubun mətbuat xidnəti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. "Şaxtyor" bu transfer üçün qarşı tərəfə 800 min avro ödəyib.
Neven Dyuraşek son mövsümü icarə əsasında Sloveniyanın "Olimpiya" klubundan keçirib. Xorvatiyalı futbolçu Lyublayana təmsilçisinin heyətində meydana çıxdığı 25 matçda 3 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi
