"Qalatasaray" fransalı müdafiəçi transfer etdi

22:50 - 21 İyul 2022

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Lion"dan Leo Dubuanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

27 yaşlı sağ cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

 

Leo Dyuba 2018-ci ilin yayından "Lion"da çıxış edirdi. Fransalı müdafiəçi son mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 28 matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti