Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Kalyari"dən Joao Pedronu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İtaliya millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb. "Fənərbaxça" 30 yaşlı hücumçuya görə A Seriyası təmsilçisinə 4 680 000 avro + 487 000 avro bonus ödəyəcək.
Joao Pedro 2014-cü ilin yayından "Kalyari"də çıxış edirdi. Təcrübəli forvard son mövsümdə komandanın heyərində meydana çıxdığı 39 oyunda 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
