Braziliyalı müdafiəçi Dani Alveşin yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, 39 yaşlı futbolçu karyerasını Meksikada davam etdirəcək. Təcrübəli sağ cinah müdafiəçisi bu ölkənin "Pumas" klubuna keçib. Onunla1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Dani Alveş son mövsümün iikinci yarısını "Barselona"da keçirib. Braziliya millisinin üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 16 oyunda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
