"Qalatasaray" hücumçusu Mustafa Məhəmmədi icarəyə verib.
Sportal.az xəbər verir ki, misirli forvard 2022/2023 mövsümün icarə əsasında "Nant" klubunda keçirəcək. Bu barədə Fransa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Liqa 1 klubu "Qalatasaray"a 250 min avro icarə haqqı ödəyib. "Nant" 2023-cü ilin yayında 6 milyon avro ödəyərək 25 yaşlı qolçunu birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, Mustafa Məhəmməd "Qalatasaray"a 2021-ci ilin fevral ayında "Zamalek" klubundan transfer olunub. Misir yığmasının üzvü son mövsümdə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 41 oyunda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
