Asim Xudiyev Konfrans Liqası oyununa təyinat aldı

12:51 - 22 İyul 2022

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.

 

Sportal.az xəbər verir ki, o, UEFA Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək AİK (İsveç) – “Vorskla” (Ukrayna) oyununun hakim-inspektoru olacaq.

 

Qarşılaşma 27 iyul tarixində baş tutacaq.

Xəbər xətti