Türkiyə klubu 18 yaşlı gürcü hücumçu transfer etdi

15:35 - 22 İyul 2022

Türkiyənin "Adana Demirspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Gürcüstanın "Televi" klubundan Giorgi Xabulianini transfer edib. Məlumatı klubun mətbuat xidməti yayıb.

 

"Mavi şimşəklər" 18 yaşlı gücrüstanlı hücumçu ilə 3 illik müqavilə imzalayıb.

 

Giorgi Xabuliani 2021-ci ilin yanvar ayından "Telavi"də çıxış edirdi. Gənc forvard cari mövsümdə komandanın heyətində meydana çıxdığı 15 matçda 2 qol vurub.

Xəbər xətti