"Real" 36 yaşlı forvarddan imtina etdi

17:19 - 22 İyul 2022

"İnter"in forvardı Edin Dzeko "Real"da oynaya bilərmiş.

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, bosniyalı hücumçu bir müddət əvvəl "kral klubu"na təklif olunub.

Ancaq forvardın yaşının çox olması onun "Real"a keçidinə mane olub.

36 yaşlı hücumçu 2021/2022 mövsümündə "İnter"in heyətində 47 matça 17 qol vurub.

Xəbər xətti