"Verona"nın forvardı Covanni Simeone İtaliyada klubunu dəyişəcək.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, argentinalı hücumçu "Napoli"yə keçməyə hazırlaşır. Artıq tərəflər arasında razılıq əldə olunub.
Ötən mövsüm "Verona"nın heyətində 17 qol vuran forvard A seriyasının bombardiri adını qazanıb.
Neapol klubunun 26 yaşlı hücumçu üçün 17 milyon avro ödəyəcəyi biddia edilir.
