"Qarabağ"ın sabiq məşqçisi idman direktoru vəzifəsinə təyin edildi

20:21 - 22 İyul 2022

"Qarabağ" və "Zirə"nin sabiq məşqçisi Borçe Xristov özünə yeni iş tapıb.

Sportal.az xəbər verir ki, şimali makedoniyalı mütəxəssis ölkəsində "Vardar" klubunda çalışacaq.

Təcrübəli mütəxəssis bu klubun futbol akademiyasının direktoru təyin edilib. 

O, son olaraq "Rabotniçki"nin baş məşqçisi kimi çalışmışdı.

Xəbər xətti