Nəbiyev Polşa klubu ilə müqavilə imzalayacaq

21:47 - 22 İyul 2022

Azərbaycanlı futbolçu Elgün Nəbiyev yeni mövsüm də Polşada oynayacaq. 

Bu barədə Sportal.az saytına futbolçu özü məlumat verib.

O, ötən mövsüm formasını geyindiyi “Limanoviya”da karyerasına davam edəcək.

Klub ona bir illik müqavilə təklif edib. Futbolçu Limanova təmsilçisi ilə razılıq əldə edib və problem çıxmasa, o, ötən mövsümkü klubunda qalacaq. 

Xəbər xətti