"Benfika"nın futbolçusu Alexandro Qrimaldo "Mançester Siti"yə təklif edilib.
Sportal.az “iNews” portalına istinadən xəbər verir ki, "şəhərlilər" ispaniyalını heyətinə qatmaq niyyətindədi.
Amma onlar “Brayton”un futbolçusu Marka Kukurelyanı transfer edə bilməsə, “Benfika”nın üzvü ilə danışıqlar aparacaq.
26 yaşlı ispan futbolçu “Barselona”nın B komandasında oynadıqdan sonra 2016-cı ildə “Benfika”ya keçib.
