Babel aşağı liqa klubuna keçdi

11:55 - 23 İyul 2022

"Qalatasaray"dan ayrılan Rayan Babelin yeni klubu məlum olub. 

 

Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirəcək. Niderland millisinin sabiq üzvü I Liqada mübarizə aparan "Eyüpspor"a keçib.

 

Təcrübəli forvard yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Bu barədə İstanbul təmsilçsiinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, Rayan Babel son mövsümdə "Qalatasaray"ın heyətində meydana çıxdığı 43 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti