Franko Foda: "Qarabağ"la oyunun ikinci hissəsində daha yaxşı olan tərəf biz idik"

12:38 - 23 İyul 2022

"Sürix"in baş məşqçisi Franko Foda klubun rəsmi saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis Çempionlar Liqası II təsnifat mərhələsinin "Qarabağ"la oyunu haqda danışıb. 56 yaşlı çalışdırıcı Ağdam təmsilçisi ilə matçın ikinci hissəsində yaxşı oynadıqlarını deyib:

 

"Həm hücumda, həm də müdafiə xəttində daha sabit oynamaq, inkişaf etmək istəyirik. "Qarabağ"la oyunun ikinci hissəsində daha yaxşı olan tərəf biz idik. Artıq nəticə qazanmağın vaxtı çatıb. Ardıcıl 2 səfər matçından sonra yeni mövsümdəki ilk ev oyunumuzu səbirsizliklə gözləyirik".

 

Qeyd edək ki, "Qarabağ" ilk matçda "Sürix"i 3:2 hesabı ilə məğlub edib. Bu komadalar arasında cavab görüşü 27 iyul tarixində İsveçrədə baş tutacaq.

Xəbər xətti