Türkiyə millisinin üzvü Almaniyada klubunu dəyişdi

14:40 - 23 İyul 2022

Almaniyanın "Hoffenhaym" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmilçisi "Şalke"dən Ozan Kabakı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Türkiyə millisinin üzvü ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Hoffenhaym" bu transfer üçün 5 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Ozan Kabak 2021-ci ilin fevralında "Şalke"yə transfer olmuşdu. 22 yaşlı futbolçu son mövsümün ikinci yarısını "Norviç Siti"də keçirib. Müdafiəçi Premyer Liqa klubunun heyətində 13 matçda meydana çıxıb.

Xəbər xətti