Polşa Ekstraklasasında II turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) səfərdə “Varta" ilə qarşılaşıb və 4:0 hesablı qələbə qazanıb.
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. 23 yaşlı müdafiəçi sonadək ehtiyatda qalıb.
“Visla” 2 turdan sonra 6 xalla 18 iştirakçı arasında liderdir.