İtaliyanı İspaniyaya dəyişdi

16:22 - 23 İyul 2022

İspaniyanın "Malyorka" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "Latsio"nun hücumçusu Vedat Muriçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

28 yaşlı forvardla 4 illik müqavilə imzalanıb. "Malyorka"nın Kosovo millisinin üzvü üçün 7,5 milyon avro ödədiyi bildirilir.


Vedat Muriç ötən mövsüm icarə əsasında "Malyorka"da klubunda çıxış edib. O, 17 matçda 5 qol vurub.

Xəbər xətti