Fransanın "Lion" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisini "Ayaks"dan Nikolas Talyafikonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Argentina millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb. "Lion"un 29 yaşlı sol cinah müdafiəçisi üçün Amsterdam klubuna 4,2 milyon avro ödədiyi bildirilir.
Nikolas Talyafiko 2018-ci ilin yanvar ayından "Ayaks"da çıxış edirdi. Təcrübəli futbolçu son mövsümdə Niderland klubunun heyətində meydana çıxdığı 30 oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
