Türkiyə klubu Ukraynalı müdafiəçini transfer etdi

18:49 - 23 İyul 2022

Türkiyənin "Adana Demirspor" klubu növbəti transferini həyata keçirib.

 

Sportal.az xəbəör verir ki, Super Liqa təmsilçisi Rusiyanın "Zenit" klubundan ayrılan Yaroslav Rakitskini transfer edib. Bu barədə "mavi şimşəklər"in mətbuat xidməti məlumat yayıb.

 

Adana təmsilçisi 32 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Yaroslav Rakitski 2019-cu ildən "Zenit"də çıxış edirdi. Təcrübəli müdafiəçi Rusiya - Ukrayna müharibəsinə görə mart ayında Sankt-Peterburq klubundan ayrılmışdı.

Xəbər xətti