"Portu" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Portuqaliya klubu "Palmeyras"dan Qabriel Veronu transfer edib. Bu barədə "əjdahalar"ın mətbuat xidməti məlumat yayıb.
19 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb. "Portu" bu transfer üçün Braziliya klubuna 10,2 milyon avro ödəyəcək.
Qeyd edək ki, Qabriel Veron "Palmeyras"ın yetirməsidir. Gənc futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 35 matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
