İngiltərədə keçirilən qadın futbolçular arasında Avropa çempionatında yarımfinala vəsiqə qazanan komandaların adı məlum olub.
Sportal.az xəbər verir ki, 1/4 finalda İngiltərə İspaniyanı 2:1, Almaniya Avstriyanı 2:0, İsveç Belçikanı, Fransa isə Niderlandı 1:0 hesabı ilə məğlub edib.
İyulun 26-da İngiltərə İsveçlə, bir gün sonra isə Almaniya Fransa ilə üz-üzə gələcək.
Avropa çempionatının finalı iyulun 31-də, Londondakı “Uembli” stadionunda olacaq.
