Azərbaycan millisinin üzvü Türkiyə klubunda

11:49 - 24 İyul 2022

Qadınlardan ibarət Azərbaycan millisinin üzvü Jalə Məsimova özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, müdafiəçi “Karadeniz Ereğli” ilə anlaşıb.

Millimizin üzvü Zonquldak təmsilçisi ilə bir müddət əvvəl danışığa başlayıb və sonda razılıq əldə edilib.

​“ALG Spor”un heyətində son mövsüm çempionluq yaşamış Məsimova artıq yeni klubu ilə rəsmi müqaviləyə də qol çəkib.

O, yeni klubu ilə bir illik müqavilə imzalayıb.

Xəbər xətti