Fransalı müdafiəçi "Barselona"ya keçir

12:30 - 24 İyul 2022

"Sevilya"nın futbolçusu Jül Kunde "Çelsi"yə keçməyib.

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, fransalı "Barselona"da oynamaq üçün London klubundan imtina edib.

Fransa millisinin üzvü "Barsa"da oynamaq istəyib. 

Onun yaxın günlərdə Kataloniya klubuna keçidi baş tutacaq. 

2019-cu ildə "Bordo"dan "Sevilya"ya keçmiş 23 yaşlı futbolçu "Çelsi"də oynamaq istəmədiyini Əndəlusiya klubunun rəhbərliyinə çatdırıb. 
 

Xəbər xətti