"Mançester Yunayted"in hücumçusu Markus Reşford İngiltərə millisinin heyətində dünya çempionatında oynamaq şanslarını dəyərləndirib.
Sportal.az "BT"ya danışan forvard bunları deyib: "Düzünü desəm, yaydan bu yana Sautqeytlə danışmamışam.
Dünya çempionatına yollanacağıma inanmıram. "Mançester Yunayted"in uğurları üçün əlimdən gələni edəcəm. Görək də, necə olacaq".
