"Qarabağ"da xoşbəxtəm, amma böyük çempionatlarda oynamaq arzum var"

10:27 - 25 İyul 2022

"Qarabağ"ın müdafiəçisi Kevin Medina gələcək karyerası və hədəflərindən danışıb.

Sportal.az xəbər verir ki, "TMW" nəşrinə danışan kolumbiyalı müdafiəçi bunları deyib:

"Bu mövsüm “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsinə kömək etmək, həmçinin Kolumbiya millisinə dəvət olunmaq arzumu həyata keçirmək istəyirəm. “Qarabağ”da xoşbəxtəm, amma böyük çempionatlarda oynamaq arzum var. Bəzi klubların mənimlə maraqlandığını bilirəm. İndidən heç nə düşünməyəcəm, amma hər şey mümkündür. Gəlin gözləyək. Almaniya, İngiltərə və İspaniya çempionatlarını bəyənirəm. Amma mənə elə gəlir ki, İtaliyaya daha tez uyğunlaşardım. Mən sürətli mərkəz müdafiəçisiyəm və həm 4-lü, həm də 3-lü müdafiə taktikası ilə asanlıqla oynaya bilirəm".

Qeyd edək ki, kolumbiyalının "Qarabağ"la müqaviləsi 2025-ci ilin yayına kimidi.

Xəbər xətti