PSJ daha bir transferə hazırlaşır.
Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu "Lill"dən Renato Sançesi heyətinə qatacaq.
24 yaşlı futbolçu PSJ-də illik 5 milyon avro qazanacaq. Ancaq onun klubla neçə illik müqavilə imzalayacağı hələ ki, dəqiq deyil.
Sançes “Benfika”, “Bavariya”, “Suonsi”də oynadıqdan sonra 2019-cu ildə “Lill”ə keçmişdi.
