"Fənərbaxça" yeni transferini icarəyə göndərilir

10:55 - 25 İyul 2022

"Fənərbaxça"nın yeni transferi Tiaqo Çukur komandada qalmayacaq.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu 19 yaşlı futbolçunu icarəyə göndərəcək.

Çukur "Göztəpə"yə keçidə hazırlaşır. 19 yaşlı forvard artıq özü də İzmirə yollanmağa razılıq verib. 

Gənc hücumçu bu yay "Uotford"dan "Fənərbaxça"ya keçib. 

Xəbər xətti