İsveçrənin "Sürix" klubunun yarımmüdafiəçisi Blerim Cemaili Superliqanın 2-ci turunun "Lütsern"lə matçını (0:0) şərh edərkən Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu barədə danışıb.
Sportal.az xəbər verir ki, isveçrəli futbolçu "Qarabağ"a qarşı (ilk oyun 2:3) keçiriləcək cavab matçı haqda belə deyib:
"Aydındır ki, bir çoxları Çempionlar Liqasında qarşıdan gələn oyun haqda düşünür. Bu komandada daha əvvəl Çempionlar Liqasında oynamayan çoxlu futbolçular var. Orada oynamaq bizim ümumi arzumuzdu. Ona görə də hələ çempionatda hər şeyi göstərməməyimiz normaldı. “Qarabağ”a qarşı bizi tamam başqa oyun gözləyir. Biz evdə oynayacağıq və öz qabiliyyətlərimizə böyük inamla meydana çıxacağıq".
