İspaniya millisinin sabiq forvard bu kluba keçir

11:41 - 25 İyul 2022

İspaniya millisinin sabiq forvardı Dieqo Kosta yenidən bu ölkəyə qayıdacaq.

Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, forvard "Rayo Valyekano"nun trasfer siyahısındadı.

Ona bir illik müqavilə təklif edilib. "Arılar" 33 yaşlı hücumçuya illik 1 milyon aavro maaş verəcək. Kosta 2012-ci ildə bu klubda icarə əsasında oynayıb və 16 matçda 10 qol vurub.

Xəbər xətti