Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" (Təl-Əviv”) zədəli futbolçuların sağalmasına sevinib.
Sportal.az İsrail mətbuatına istinadən xəbər verir ki, "Dalğa Arena"dakı matçdakı oyunu buraxmalı olan Dan Qleyzer, Nir Biton, Eran Zahavi cavab görüşündə meydana çıxacaq.
Adıçəkilən futbolçuların artıq hər biri məşqlərə başlayıb.
"Makkabi" ilə "Zirə" arasında iyulun 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda keçiriləcək cavab matçı saat 21:30-da başlayacaq.
