"Sürix" "Qarabağ"la matça ciddi itki ilə çıxa bilər

13:58 - 25 İyul 2022

"Sürix" Çempionlar Liqası II təsnifat mərhələsinin "Qarabağ"la cavab oyununa ciddi itki ilə çıxa bilər.

 

Sportal.az xəbər verir ki, İsveçrə təmsilçisinin yarımmüdafiəçisi  Blerim Cemaylinin əzələsində problem yaranıb. Bu barədə komandanın baş məşqçisi Franko Foda yerli mətbuata açıqlamasında bildirib.

 

Qeyd edək ki, "Qarabağ" Bakıda keçirilən ilk matçda "Sürix"i 3:2 hesabı ilə məğlub edib. Bu komandalar arasında cavab görüşü 27 iyul tarixində İsveçrədə baş tutacaq.

Xəbər xətti