Kamran Quliyev: "0:2 hesablı məğlubiyyət faciə deyil"

15:35 - 25 İyul 2022

"Aris"lə matçının final fitindən sonra öz-özümə dedim ki, sona qədər mübarizə aparıb mərhələni keçəcəyik. 0:2 hesablı məğlubiyyət faciə deyil. Ola bilər, bacardığımız futbolu göstərmədik. Burada ikinci fikir ola bilməz. Bu komanda böyük potensiala malikdi. "Neftçi"də uzun müddət oynayan futbolçuların potensialını bilirsiz. Yeni gələnlər də əlavə olub. Biz inanırıq. İlk matçdakı 0:2 hesabı son deyil. İnanmaq istəyirik ki, nəticədə biz qalib olacağıq".

Sportal.az xəbər verir ki, bu sözləri Kamran Quliyev deyib.

"Neftçi"nin prezidenti Konfrans Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacağı "Aris"lə cavab oyunundan söz açıb. Quliyev azarkeşlərə də səslənib: "Azarkeşlər klubumuza sahib çıxsınlar, gəlib dəstək olsunlar. Onların sayəsində növbəti mərhələyə vəsiqə qazanacağıq. Bizə azarkeşsiz futbol lazım deyil. "Neftçi"ni azarkeşsiz təsəvvür etmək mümkün deyil. Bizim azarkeşlər çılığın olmalıdı, sona qədər dəstəkləməlidi. Narazılıqları da başadüşüləndi. Onlar komandanı yüksək yerlərdə gözləyirlər".

Kamran Quliyev "Neftçi"nin transfer məsələlərinin davam edib-etməyəcəyini də söyləyib: "Aris"lə oyun transfer məsələlərinə təsir edə bilər. Amma biz qapını 100 faiz bağlamamışıq. Ehtimal olunur ki, həmin oyundan sonra transfer yoluna davam edib-etməyəcəyimiz bilinəcək. Bu günə kimi ən çox transfer edən klub "Neftçi"di. Bu il gətirdiklərimiz keyfiyyətlidi. Bunu mən, idman direktoru, futbolçularımız deyə bilər. Sadəcə olaraq, onlar necə adaptasiya keçəcək zaman göstərəcək.Keçən il kağız üzərində çox keyfiyyətli oyunçular gətirdik, amma uyğunlaşa bilmədilər. Məsələn, Xorxe Korrea gəlmişdi, ancaq ailəsi üçün darıxırdı. Futbolçu 100 faiz konsentrasiya olmursa, həmin futbolçu bacardığı futbolu göstərə bilməyəcək".

Mirbağırağa

Xəbər xətti