"Fənərbaxça"nın müdafiəçisi "Napoli"də

17:07 - 25 İyul 2022

"Fənərbaxça"nın müdafiəçisi Kim Min-Je karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, "Napoli" cənubi koreyalı futbolçunun transferini tamamlamaq üzrədir. "Sarı-lacivərtlilər"lə razılıq əldə edən Neapol təmsilçisi 25 yaşlı mərkəz müdafiəçisini də maaşla bağlı razı sala bilib.

 

İtaliya mətbuatının yazdığına görə, Kim Min-Je sabah tibbi müayinədən keçmək üçün Neapola gedəcək. İstanbul təmsilçisinin bu keçiddən 20 milyon avro gəlir əldə edəcəyi bildirilir.

 

Kim Min-Je 2021-ci ilin yayında "Fənərbaxça"ya keçib. Cənubi Koreya millisinin üzvü Super Liqa klubunun heyətində meydana çıxdığı 40 matçda 1 qol vurub.

Xəbər xətti