"Real"ın sabiq futbolçusu İspaniyaya qayıtdı

17:59 - 25 İyul 2022

“Real”ın sabiq futbolçusu Xose Kalyexon İspaniyaya qayıdıb.

Sportal.az xəbər verir ki, 35 yaşlı vinger “Qranada”ya keçib. Bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Təcrübəli yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Xose Kallexon 2020-ci ilin oktyabr ayından "Fiorentina"da çıxış edir. O, son mövsümdə Florensiya təmsilçisinin heyətində meydana çıxdığı 33 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti