PSJ "İnter"in müdafiəçisindən vaz keçdi

18:30 - 25 İyul 2022

PSJ "İnter"in müdafiəçisi Milan Şkrinyarın transferindən vaz keçib.

 

Sportal.az xəbər verir ki, Paris təmsilçisi Slovakiya millisinin üzvü üçün tələb olunan məbləği yüksək hesab edir. Fransa klubu "İnter"in 27 yaşlı mərkəz müdafiəçisi üçün tələb etdiyi 70 milyon avroya görə bu transferdən imtina edib.

 

Abdu Diallo və Tilo Kehreri satışa çıxaran PSJ bu futbolçulardan gözlədiyi əldə etsə, yenidən Şkrinyarı gündəminə alacaq.

 

Milan Şkrinyar "İnter"ə 2017-ci ilin yanvar ayından "Sampdoriya"dan transfer olunub. Slovakiyalı oyunçu son mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 48 matçda 4 qol vurub.

Xəbər xətti