Sançes "İnter"dən bu kluba gedir

19:54 - 25 İyul 2022

"İnter"də heyətdə düşünülməyən Aleksis Sançesin yeni klubu bəlli olmaq üzrədir.

 

Sportal.az xəbər verir ki, çilili hücumçu "Marsel"ə keçməyə yaxındır. Fransa klubu 33 yaşlı forvardın transfer ilə bağlı "İnter"lı danışıqlar aparacaq. "Marsel" təcrübəli oyunçu ilə maaş məsələsində razılıq əldə etsə, transfer rəsmiləşəcək.

 

Qeyd edək ki, Aleksis Sançes "İnter"ə 2019-cu ilin yayında "Mançester Yunayted"dən transfer olunub. Çili yığmasının üzvü son mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 39 matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti