Lukaşenko millinin uğursuz nəticələrinə görə idman nazirini prezident administrasiyasına çağırdı

21:17 - 25 İyul 2022

Belarusun prezidenti Aleksandr Lukaşenko milli komandanın Millətlər Liqasındakı çıxışından narazı qalıb.

Sportal.az "tribuna.com"a istinadən xəbər verir ki, Belarus prezidenti uğursuzluğa görə idman naziri Sergey Kovalçuku prezident administrasiyasına çağıraraq sərt şəkildə narazılıq edib. 

Azərbaycan millisi ilə eyni qrupda yer alan Belarus 4 turdan sonra cəmi iki xalla sonuncudu. Bu nəticələrə görə də Lukaşenko idman nazirindən narazılıq edib. Kovalçuk isə öz növbəsində uğursuzluğa görə Belarus Futbol Federasiyasının birinci müavini Yuri Vergeyçiki günahlandırıb. Kovalçuk birinci müavinin onu futbolun düzgün istiqamətdə inkişaf etdiyinə və Georgi Kondratyevin milli komandaya xeyirli olacağına inandırdığını söyləyib.

Vergeyçik isə sonda milli komandanın qarşıdakı matçlarda uğurlu nəticələr qazanacağına dair söz verib.

Xəbər xətti