İyulun 27-29-u tarixlərində UEFA Almaniyanın Frankfurt şəhərində hakimlər üçün yay kursu təşkil edəcək.
Sportal.az “law5-theref”ə istinadən xəbər verir ki, turnirlərə görə toplanışa elit və birinci dərəcəli hakimlərin hamısını dəvət etmək mümkün olmayıb.
Toplanışa azərbaycanlı FİFA referisi Əliyar Ağayev də cəlb edilib.
Ağayevin yer aldığı kateqoriyada 36 hakim iştirak edəcək.
