"Beşiktaş"dan ayrılan müdafiəçinin yeni klubu bəlli oldu

11:37 - 26 İyul 2022

"Beşiktaş"dan ayrılan Domaqoy Vidanın yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mərkəz müdafiəçisi karyerasını Yunanıstanda davam etdirəcək. Türkiyə mətbuatının yazdığına görə, 33 yaşlı futbolçu AEK-lə anlaşıb.

 

Xorvatiya millisinin üzvü Afina təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq. Təcrübəli müdafiəçi yeni klubunda illik 1,9 milyon avro maaş alacaq.

 

Qeyd edək ki, Domaqoy Vida 2018-ci ilin yanvarından "Beşiktaş2da çıxış edirdi. O, "qara qartallar"ın heyətində meydana çıxdığı 165 matçda 16 qol vurub.

Xəbər xətti