"Yuventus"da Poqba şoku: 2 ay oynamayacaq

12:11 - 26 İyul 2022

İtaliyanın "Yuventus" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisinin yeni transferi Pol Poqba sıradan çıxıb. Məşq zamanı menisk nahiyəsindən xəsarət alan fransalı yarımmüdafiəçi əməliyyat olunacaq və azı 2 ay yaşıl meydanlardan kənar qalacaq.

 

Qeyd edək ki, Pol Poqba "Yuventus"a azad agent statusu ilə keçib. O, A Seriyası klubu ilə 4 illik müqavilə imzalayıb.

Xəbər xətti