"Barselona"nın müdafiəçisi Oskar Minqesa "Qalatasaray"a keçə bilər.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Minqesa üçün qarşı tərəflə danışıqlara başlayıb.
"Barselona"da oyun praktikasından əziyyət çəkən futbolçu özü də Türkiyəyə yollanmaq niyyətindədi.
23 yaşlı futbolçu “Barselona” yetirməsidi və 2020-ci ildən əsas komandada çıxış edir.
"Qalatasaray"ın istədiyi futbolçu "Selta", AEK klublarının da maraq dairəsindədi.
