"Mançester Siti"dən İspaniya klubuna

18:23 - 26 İyul 2022

"Mançester Siti"nin müdafiəçisi Yan Kouto "Jirona"ya keçib.

Sportal.az İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu qarşıdakı bir ili icarə əsasında adıçəkilən komandanın heyətində keçirəcək.

​Braziliyalı bundan əvvəl "Braqa"da icarə əsasında oynamışdı. "Koritiba" yetirməsi olan 20 yaşlı futbolçu 2020-ci ildə "Mançester Siti"yə keçmişdi.

Xəbər xətti