Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçı üçün İsveçrəyə yollanan "Qarabağ" sabah "Sürix" qarşısına çıxacaq.
Sportal.az xəbər verir ki, hazırda İsveçrədə olan komandanı sabiq futbolçusu İnnosent Emeqara ziyarət edib.
Forvard Qurban Qurbanovla görüşüb, söhbət edib.
İsveçrə millisinin sabiq üzvü 2014-2015 və 2018-2019-cu illərdə “Qarabağ”da çıxış edib.

