"Barselona"nın futbolçusu Frenki de Yonq karyerasını İngiltərədə davam etdirməyə yaxındı.
Sportal.az "Sport.es" saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi "Çelsi" ilə danışıqlara başlayıb.
Ona "Mançester Yunayted"dən də təklif var. Amma Avropa Liqasında oynamaq istəmədiyinə görə, futbolçu "qırmızı şeytanlar"a razılıq verməyib.
