"Sabah" Kipr klubuna uduzdu

21:30 - 26 İyul 2022

Bu gün "Sabah" növbəti yoxlama görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, yeni mövsümə Bolqarıstanda hazırlaşan Murad Musayevin rəhbərlik etdiyi kollektiv "Akritas Xlorakas"la qarşılaşıb.

Matç Kipr klubunun 3:2 hesablı qələbəsilə yekunlaşıb. "Sabah"ın qollarını Davit Volkovla Anatoli Nuriyev vurub.

Xatırladaq ki, Masazır təmsilçisi Bolqarıstandakı ilk yoxlama görüşündə "Hapoel Hadera"ya 0:1 uduzmuşdu.

Xəbər xətti