"Şalke"nin futbolçusu Can Bozdoğan Niderlandda oynayacaq.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu "Utrext"lə anlaşıb.
O, qarşıdakı bir ili icarə əsasında məhz bu komandada keçirəcək.
Türkiyəli futbolçunun transfer dəyəri 4,5 milyon avrodu.
“Şalke” yetirməsi olan yarımmüdafiəçi ötən mövsümü icarə əsasında “Beşiktaş”da keçirib.
