Millimizin sabiq üzvü Polşa klubu ilə müqavilə imzaladı

10:20 - 27 İyul 2022

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Ricat Qarayev karyerasını Polşada davam etdirəcək.

Sportal.az xəbər verir ki, 23 yaşlı müdafiəçi "Şeçinek"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Şeçinek” Polşa 4-cü liqasında mübarizə aparır.

Ricat Qarayev karyerası ərzində "Neftçi", "Sumqayıt", "Şamaxı" və "Sabah"ın formasını da geyinib.

Xəbər xətti